Bizim Haqqımızda

MEDLEX qeyri-neft sektorunda peşəkar hüquq və vergi məsləhətləri təqdim edən bir hüquq konsaltinq şirkətidir. Şirkətin ana ixtisaslaşması kommersiya (biznes) hüququsahəsidir. MEDLEX-in əsas iş prinsipi hüquqi risklərin düzgün idarə edilməsi (qabaqlayıcı təminatların tətbiq edilməsi) yolu ilə müştərini və onun biznesini gözlənilməz zərərlərdən qorumaqdır. Təcrübə göstərir ki, məhz bu yolla hər hansı konsaltinq xidmətləri biznesə dəyər qatmış olur. Biznes təfəkkürlü yanaşma, peşəkarlıq, operativlik və konfidensiallıq rəhbər tutduğumuz digər əsas iş prinsiplərimizdir. Şirkətimiz 15 illik iş təcrübəsinə malikdir.

Şirkətdə müxtəlif biznes sahələri üzrə ixtisaslaşmış ekspertlər daimi fəaliyyət göstərir. Biznesə tam hüquqi dəstəyi təmin etmək üçün MEDLEX ixtisas və qeyri-ixtisas(mülki, ailə, inzibati, cinayət və s.) istiqamətləri üzrə müxtəlif hüquq təcrübəsinə malik kənar ekspertlərlə, habelə xarici ekspertlər və hüquq şirkətləri ilə əməkdaşlıq edir. MEDLEX Azərbaycandan kənarda da öz müştərilərinə xidmətgöstərə bilir. Bu məqsədlə Şirkət müxtəlif ölkələrdə lokal ekspert və məsləhət şirkətləri şəbəkəsinə malikdir.

MEDLEX xidmət göstərdiyi bizneslərin problemlərini yaxından izləmək və həll etmək üçün kommersiya sahəsində fəaliyyət göstərən ictimai birliklər (assosiyasiyalar) və peşəkar təşkilatlarla yaxından əməkdaşlıq edir. Şirkətin partnyorları və əməkdaşları Azərbaycan Sahibkarlar Konfedirasiyası, Azərbaycan Banklar Assosiyasiyası, Azərbaycan Sığortaçılar Assosiyasiyası, Azərbaycan Vəkillər Kollegiyası, Azərbaycan Risk Peşəkarları və Mühasibləri Assosiyasiyası, Azərbaycan Türk İşadamları Birliyi, Azərbaycan Tibb Müəssisələri Assosiyasiyası, Tibb İşçilərinin Hüquqlarının Maarifləndirilməsinə Yardım İB və s. ictimai birliklərin hüquq ekspert qruplarında, idarəetmə və nəzarət orqanlarında təmsil edilirlər. MEDLEX dövlət tənzimləmə-nəzarət orqanları və publik hüquqi şəxsləri ilə sıx əməkdaşlıq təcrübəsinə malikdir (publik-xüsusi münasibətlər).

MEDLEX göstərdiyi hüquq və vergi məsləhət xidmətlərini saytın xidmətlər bölməsində qeyd olunan məhsul paketlərində qruplaşdırmışdır. Müştərilər paketə daxil olan xidmətlərdən tam və ya qismən istifadə etmək imkanlarına malikdirlər, həmçinin bütün paketləri və ya onların bir neçəsini sifariş edə bilərlər. Həmin qeyd edilmiş hüquqi xidmətlərin siyahısı nümunəvi xarakterlidir, yəni dəyişə bilər.

Ümid edirik ki, Bizimlə əməkdaşlıq sizin işlərinizə həqiqi dəyər qatacaq və Sizinlə əməkdaşlıq həm də bizim üçün əvəzolunmaz təcrübə xəzinəsi olacaqdır!

Öncədən təşəkkür edirik!

Fəaliyyət sahələri

  • Bankçılıq, Kreditləşmə və Lizinq xidmətləri

  • Sığorta və təkrarsığorta fəaliyyəti

  • Qiymətli kağızlar və İnvestisiya fəaliyyəti

  • Ticarət (topdan və pərakəndə)

  • İctimai İaşə

  • İnformasiya texnologiyaları və telekommunikasiya

  • Reklam fəaliyyəti

  • Daşınmaz əmlak sahəsində fəaliyyət

  • İstehsal və Sənaye

  • Kollektor fəaliyyəti

  • Aqrar fəaliyyət

  • Turizm fəaliyyəti

  • Nəqliyyat və daşımacılıq

  • Tibb və əczaçılıq fəaliyyəti

  • Əqli mülkiyyət fəaliyyət

  • Tikinti fəaliyyəti

Xidmətin növləri

  • Korporativ hüquq üzrə xidmətlər

  • Müqavilə hüququ üzrə xidmətlər

  • Əmək hüququ üzrə xidmətlər

  • Konflikt hüququ üzrə xidmətlər

  • Hüquqi təbliğat və hüquq mədəniyyətinin təmin edilməsi üzrə xidmətlər

  • Biznesə kənar (outsource) hüquq xidmət (lokal və ya distant nümayəndə ilə)

  • Birdəfəlik hüquq xidmətlər

  • Biznesin hüquqi risklərinin qiymətləndirilməsi və risklərin idarə edilməsi üzrə “Yol xəritəsi”nin hazırlanması üzrə xidmət.